Menu

Azərbaycanda bu il 1,4 ton qızıl istehsal edilib

13.09.2023, 18:08
Azərbaycanda bu il 1,4 ton qızıl istehsal edilib

Cari ilin yanvar-avqust aylarında Azərbaycanda 1375,7 kq qızıl istehsal edilib.

“APA-Economics” Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, bu, 2022-cı ilin müvafiq dövrü ilə müqayisədə 30,1% azdır. Nəticədə bu ilin sentyabrın 1-nə 246 kq hazır məhsul ehtiyatı yaranıb.

Qeyd olunan dövrdə ölkədə 2716,8 kq gümüş istehsal edilib ki, bu da ötən ilin yanvar-avqust ayı ilə müqayisədə 41,1% azdır. Nəticədə bu ilin fevralın 1-nə 250,7 kq hazır məhsul ehtiyatı yaranıb.

Şərhlər

Aqil 2023-09-13 18:47:28

Bəs bu qızıllar haradadır:Kim mənimsəyib?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol