Menu

Dövlət Departamenti Cənubi Koreyaya “F-35”lərin mümkün satışını təsdiqləyib

14.09.2023, 00:13
Dövlət Departamenti Cənubi Koreyaya “F-35”lərin mümkün satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti Cənubi Koreyaya “F-35” qırıcıları və müvafiq avadanlıqların 5,06 milyard dollarlıq mümkün satışını təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Bəyanata əsasən, söhbət 25-ə qədər döyüş təyyarəsinin alınmasından gedir. Departament əmin edib ki, bu texnikanın tədarükü ABŞ-ın döyüş hazırlığına xələl gətirməyəcək və regionda əsas hərbi balansı dəyişməyəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol