“Biz müəyyən zaman ərzində Azərbaycanın sülh müqaviləsi ilə bağlı təklifinə cavab verəcəyik”.
“AzPolitika.info” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxış edərkən deyib.
Paşinyan əlavə edib ki, bölgədə sülhün alternativi yoxdur və region ölkələrinin suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü və təhlükəsizliyini təmin edən yeganə həll yolu, normal inkişaf və tərəqqi üçün zəruri və əsas şərt budur.
“AzPolitika.info”


Şərhlər