Suriyaya keçmək istəyərkən Türkiyədə saxlanan azərbaycanlılar Ukraynaya deportasiya ediliblər.
Bir neçə gün öncə Türkiyə-Suriya sərhəddində 4 Azərbaycan vətəndaşı qanunsuz olaraq Suriyaya keçmək istəyərkən saxlanılmışdı. Və onlar barəsində rəsmi araşdırmalara başlanmışdı ki, deportasiya edilib Azərbaycana göndərilsinlər.
Lakin Kilis polisindən verilən məlumata görə, 23 yaşlı Simnarə Paşayeva, onun 10 aylıq körpəsi Məryəm Paşayeva, eləcə də 18 yaşlı Aynur Musayeva və 24 yaşlı Abdul Əlmətov rəsmi posedurlardan sonra Türkyiədən deportasiya olunublar.
Normalda onlar Azərbaycana deportasiya olunmalı idilər. Amma Türkiyə qanunlarına əsasən həmin şəxslər öz istədikləri ölkəyə deport oluna bilərlər.
Məlumata görə, həmin şəxslər Ukryananı seçərək ora deportasiya olunublar. Son məlumata görə, 23 yaşlı Simnarənin həyat yoldaşı Araz hazırda İŞİD silahlılarının tərkibində döyüşür.


Şərhlər