“Ukraynalılar Rusiya ilə müharibənin 2023-cü ildə bitəcəyini gözləməməlidirlər. Son mərhələ 2024-cü ildə başlaya bilər, lakin müharibə bitməyəcək”.
“AzPolitika.info” xəbər verir ki, bunu ukraynalı politoloq Aleksandr Kovalenko deyib.
Ekspert hesab edir ki, müharibənin bir anda bitmə ehtimalı da var. O, bu ehtimalın rusların Krımdan geri çəkiləcəyi təqdirdə mümkün ola biləcəyini düşünür.
Ekpert qeyd edir ki, Ukrayna indi 1991-ci il sərhədlərini bərpa etməsə, bu, gələcəkdə heç vaxt mümkün olmayacaq.
Kovalenkoya görə, Ukrayna ordusu 2023-cü ilin sonlarına doğru Krımın azad edilməsi uğrunda mübarizə başlayacaq. Politoloq bunun çox vaxt aparacağını bildirib. O, hesab edir ki, Krım azad olunduqdan sonra Luqansk və Donbas istiqamətində uğur qazanmaq daha asan olacaq.
“AzPolitika.info”


Şərhlər