“Nikol Paşinyanın bir çox paytaxtlara Azərbaycana qarşı dəstək qazanmaq məqsədilə etdiyi zəngələr nəticəsiz qalıb. Onda belə qənaət yaranıb ki, yalnız Türkiyə Prezidenti ilə danışması Azərbaycanla Ermənistan arasında gərginliyi azaltmağa kömək edə bilər”.
“AzPolitika.info” xəbər verir ki, bunu ABŞ-da yaşayan siyasi təhlilçi Ramiz Yunus “Facebook” səhifəsində yazıb.
Təhlilçi ümid edir ki, Türkiyə Prezidenti ilə söhbətdən Ermənistanın Baş naziri düzgün nəticə çıxaracaq: “Çünki artıq saat əqrəbləri əks istiqamətdə vaxtı saymağa başlayıb. Yoxsa Ermənistanda kimsə hesab edir ki, Azərbaycan Silahlı Qüvvələri öz kazarmalarını heç bir səbəb olmadan tərk edib? Otto fon Bismarkın dediyi kimi: "Axmaqlıq Allahın bir hədiyyəsidir, lakin ondan sui-istifadə edilməməlidir".
“AzPolitika.info”


Şərhlər