Belçika hökumətinin sözçüsü G7 ölkələrinin Rusiya almazlarının ticarətinə dolayı qadağa elan etmələrini gözləyir.
“AzPolitika.info” bu barədə “Reuters”ə istinadla xəbər verir.
Belçika rəsmisinin sözlərinə görə, o, yaxın 2-3 həftə ərzində Rusiya almazlarının tədarükünə dolayı qadağa qoyulması ilə bağlı elan olacağını gözləyir.
Qadağanın özü, hesabata görə, yanvar ayından qüvvəyə minməlidir.
“Böyük Yeddilik” ölkələri” may ayında Kremlin Ukraynaya qarşı müharibəsini maliyyələşdirən gəlirlərini azaltmaq üçün Rusiya ilə almaz ticarətini məhdudlaşdırmaq planlarını açıqlamışdı. Lakin o vaxtdan bəri sanksiyaların necə işləyəcəyi ilə bağlı təfərrüatlar açıqlanmayıb.
Aİ-də Rusiya almazlarının ticarəti könüllü öhdəliklər səbəbindən artıq aşağı düşüb. Lakin Avropa İttifaqı qismən Belçikanın müqavimətinə görə, rus almazlarına hələ rəsmi məhdudiyyətlər tətbiq etməyib.
Rüfət
"AzPolitika.info"


Şərhlər