“Hüquq-mühafizə orqanları məhkəmədə səsləndirilən ifadələrə kifayət qədər həssas yanaşmalıdırlar. Müdafiə Nazirliyinin ərzaq təchizati ilə məşğul olan şirkətlər, nazirliyn maddi-texniki təminat üzrə müavini, ərzaq xidmətinin rəisi və təbii ki, Silahlı Qüvvələrin keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkov mütləq dindirilməlidir”.
Bunu “AzPolitika.info”-ya hərbi ekspert Ədalət Verdiyev dünən keçirilən məhkəmə prosesində Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin həbsdə olan sabiq rəisi Məlikməmməd Qurbanovun ifadəsinə münasibət bildirərkən deyib.
Xatırladaq ki, M.Qurbanov ordu üçün ərzaq malları alan şirkətlərin hamısının Nəcməddin Sadıkova məxsus olduğunu bildirib: “Onun işlərini Aftandil Abdıyev görürdü. Biz onunla işləmişik. Bu da rəhbərliyin tapşırığı ilə həyata keçib. Bütün sahələr üzrə alınan malların qiyməti süni şəkildə artırılaraq alınıb. Həmin süni şəkildə artırılan pul nağdılaşdırılaraq bizə geri qaytarılıb. 5 il ərzində şirkətlərdən 20 milyon manat nağdılaşdıraraq hissə-hissə mənə verilib. Həmin məbləği sabiq Baş Qərargah rəisinə aparıb vermişəm. Həmin məbləğdən 1 milyon 200 min manat rəhbərliyin tapşırığı ilə dünyasını dəyişmiş maddi-texniki təminat üzrə nazir müavini Fuad Məmmədova, 800 min manatı isə Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədova vermişəm. 20 milyon manatdan isə mənə 400 min manat pul verilib. Həmin pul da idarənin xərcləri və şəxsi xərclərimiz üçün verilib. Ərzaqdan başqa, abadlıq işləri bağlı digər şirkətlə, avtomobillərin ehtiyat hissələri ilə bağlı ayrı şirkətlərlə əməkdaşlıq etmişik. Onlarda da qiymətləndirilmə süni şəkildə artırılıb və müəyyən faiz qarşılığında nağdılaşdırılaraq mənə verilib. Bütün pulları rəhbərliyə vermişəm. Ümumilikdə bütün işlər üzrə mənə 542 min 400 manat verilib. Həmin pulu da istintaqda dəymiş zərər kimi ödəmişəm”.
Vəkilin “rəhbərlik deyəndə kimi nəzərdə tutursunuz” sualına cavab verən polkovnik bildirib ki, sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun tapşırıqlarını icra edib: “Bütün alınan pulları birbaşa şəxsən özüm xidməti otağında Nəcməddin Sadıkova vermişəm. Kimə nə qədər pul verilməli olduğunu o müəyyən edib. Düzdür, şirkətlərlə bütün danışıqları mən aparmışam. Bizə qayıdacaq məbləğin və ya pul üzrə faizin dərəcəsi, hansı şirkətlə işin görülməsini də sabiq Baş Qərargah rəisi müəyyən edirdi. Sadəcə, mən işlərin icrasını həyata keçirmişəm”.

Ədalət Verdiyev deyir ki, 2015-2019-cu illərdə sözügedən korrupsiya faktları baş verəndə orduya nəzarət edən hərbi prokurorluq orqanlarının nə işlə məşğul olduğu da kifayət qədər ciddi suallar doğurur: “Zaman-zaman sosial şəbəkələrdə, KİV-də yayılan məlumatlar onu deməyə əsas verir ki, 2015-i ildən sonrakı dövrdə Müdafiə Nazirliyində kifayət qədər böyük miqyasda mənimsəmələr baş verib, korrupsiya və rüşvət faktları olub. İctimaiyyət də bu faktların dərhal araşdırılmasını, vəzifəsindən asılı olmyaraq cinayətə yol vermiş vəzifəli şəxslərin, rəislərin hər birinin layiqli cəzasına çatmasını gözləyir”.
Ekspert sual edir: “Necə ola bilər ki, hər tərəfi kameralarla təchiz olunmuş Müdafiə Nazirliyində məmurların kabinetlərinə nağd pullar daşınsın, bu pullar Baş Qərargah rəisi tərəfindən nazir müavinləri və digər vəzifəli şəxslər arasında bölüşdürülsün, amma bundan kimsənin xəbəri olmasın? Yaxud, 4-5 il sonra bu cinayətlərin üstü açılsın. Odur ki, bu məsələlər dərindən araşdırılmalıdır, belə halların gələcəkdə təkrarlanmaması üçün bütün günahkarlar cəzalandırılmalı və ictimaiyyət də bu məsələlər haqda daim məlumatlandırılmalıdır”.
Ə.Verdiyev vurğulayır ki, Azərbaycan Silahlı Qüvvələrinə Ali Baş Komandan tərəfindən ayrılan 1 manata uzanan əlin sahibi mütləq cəzalanmalıdır: “Anlamaq olmur ki, indiyə qədər Müdafiə Nazirliyinin daxili təhlükəsizlik idarəsi və idarələrdə yoxlamalar aparan daxili yoxlama komissiyaları nəyə görə bu qədər yeyinti faktlarını görməyiblər. Bir polkovnik Nəcməddin Sadıkovun əli ilə 20 milyon, maliyyə idarəsinin rəisi kiminsə əli ilə 80 milyon mənimsəyir. Düşünmürəm ki, belə aşağı vəzifəli şəxslər bu cinayətlərin əsas günahkarlarıdır. Bunlar çox kiçik balıqlardır, iri akulalar hələ də azadlıqda gəzir. O cümlədən, Nəcməddin Sadıkov, onu himayə edən biriləri mütləq ortaya çıxarılmalı və onların hamısı layiq olduğu cəzanı almalıdırlar”.
Rasim Əliyev
“Azpolitika.info”

Şərhlər
Bunu hamı deyir.amma eşdən,dinləyən tapılmır.Görəsən niyə? Axı onda illərlə xeyli pul taplanıb.
Ramil Usubovin kimliyi və şəxsiyyəri iiə maraqlanan olubmu?Bir bunun keçmişini izləyən niyə tapılmır? Onun milliyyəti,haradan peyda olduğu,necə vəzifəyə gətirildiyi və fəaliyyəti niyə maraq dairəsindən kənarda saxlanılıbAxı Azərbaycanda Usub yox,Yusif olur.
Azərbaycan yadellilərdən təmizlənməsə burada yaşamaq Azərbaycan milləti üçünağır olacaq. bunlar ad-soyadını,pasportlarını dəyişib Azərbaycan dili öyrənib aramıza soxulan,yüksək vəzofələrə soxuşdurulan haramzadələri (yezid və erməniləri) təmizləməsək bizə nicat olmayacaq.t
Bütün bu haqsızlıqlara talan qarətə millətə qarşı yeridilən çirkin siyasətin bir gün sonu olacaq. Sonsuz heç nə yoxdur. Hər şeyin sonu var.
Azəri Yürkü bilmirsən hansı millətdir. Dünyanın böyük bir hissəsin min illər nəzarət etmiş Türk millətinin bir parçası da Azəri Türkləridir. Hansı ki Bütün xristyanlar birləşib parçaladılar. Ancaq tarix təkrarlanır yenidən Türk dünyası birləşib öx sözünü deməyin vaxtı gəlib çatıb.
Azərbaycanın daxili və xarici siyasəti, daxili və xarici təhlükəsizliyi, qeyd edilən sahələrə bağlı olan bütün qurumlar, hərbi prokurorluq da daxil olmaqla, bütün qurumlar bütün vacib məsələlərldə öz fəlaiyyətlərini AR Təhlükəsizlik Şurasının sədri Ramil Usubovla əlqələndirirlər, yəni onunla razılaşdırırlar, daha sonra isə hesabat verirlər. Odur ki, qeyd edilən Tərtər olayları və ordudakı amansız korrupsiya hallarından ramil usubovun xəbəri olmamış deyildir. Qeyd edirik ki, hərbi prokurorluq formal şəkildə baş prokurorluğa tabe olsa da, əslində birbaşa Təhlükəsizlik Şurasına tabedir. Kluar söhbətlərinə görə, hərbi prokuror və onun müavinləri elə ramil usubovun tayfasına bağlı adamlardırlar. Bu qədər zaman kəsiyində bu adamların diqqətdən kənarda qalması çox düşündürücüdür.
Shekide veziyet pisdir ramiz mehdiyevin korupsioner adamni basci elxan usubovu indide samir nuruyev himaye edir.
görəsən, dövlət təhlükəsizlik şurasının sədri çox hörməti general-polkovnik ramil usubovun baş verənlərdən xəbəri varmı, əvvəl tərtər olayları, indi orduda irimiqyaslı korrupsiya....
Azəri türkü deyəndə hansi milləti nəzərdə tutursan?. Azəri türkü dilə gətirdiyinə görə rəhmətlik Bəxtiyar Vəhaçzadənin başina gətirilənləri unutmusan ?.......
Bu ekspert elə bir Azərbaycanda yaşamır ( Sabunçu İH -başçısı Əvəz Zeynallının məhkəməsində demişkən ) illər boyu MN -ni söküblər ,indi xırda milyonlrdan danışılır ,Milyardlar hanı ? Nəcməddin həm Kremlə həm də yuxarı bağlıdır ,ona görə kilki balıqlarını yem kimi istifadə edirlər ,vəssalam
Iri akulaların azadlıqda gəzməsini kim təmin edir? Hakimiyyət etmirmi?Yoxsa onları cinayət iştirakçısı kimi məsuliyyətə almaq da hansı maneçiliklər var ki?Deməli məsələ başdadır.Azərbaycanın gələcəyi belə halların mövcudluğu ilə çox qaranlıq görünmürmü?
Müharibə edən ölkənin genralitetində, Nazirliyində,ştabında 1 nəfər də AZəri Türkü yox idi. Bu nə deməkdi? Bütün sahələrdə olduğu kimi AZəri Türklərinə çalışırlar ki iş verməsinlər. Nəticəsi də bizim xalqı məhvə aparır