Türkiyə millisi alman məşqçi ilə yollarını ayırıb.
"AzPolitika" xəbər verir ki, Türkiyə millisi Avro-2024-ün seçmə mərhələsində Ermənistanla 1:1 hesablı heç-heçə və ardından Yaponiya ilə yoldaşlıq görüşündə məğlub olduqdan sonra Türkiyə Futbol Federasiyası (TFF) baş məşqçi Stefan Kuntzla yolları ayırmaq qərarına gəlib.
Türkiyə KİV-lərin məlumatına görə, baş məşqçilik postuna ən real namizəd ötən il "Adana Dəmirspor"un başında olan italiyalı mütəxəssis Vincenzo Montelladır.



Şərhlər
Bizdə isə Byazzi hələ də at oynadır.