Menu

Almaniyanın XİN başçısı BMT-də köklü islahatlara çağırır

17.09.2023, 18:51
Almaniyanın XİN başçısı BMT-də köklü islahatlara çağırır

Almaniyanın xarici işlər naziri Annalena Berbok BMT-də əsaslı islahatların aparılmasının zəruri olduğunu bildirib.

“Report” xəbər verir ki, bu barədə “Der Spiegel” yazıb.

XİN başçısının fikrincə, təşkilat daha ədalətli, əhatəli və səlahiyyətlərə malik olmalıdır.

“XX əsrin dünyasını hələ də təmsil edən BMT Təhlükəsizlik Şurası artıq uyğun deyil”, - o qeyd edib.

Onun sözlərinə görə, BMT XXI əsrin reallıqlarına uyğunlaşarsa, təşkilat “dünya birliyinin problemləri birgə həll edəcəyi” məkana çevrilə bilər. Diplomat vurğulayıb ki, Almaniya, həmçinin Braziliya, Hindistan və Yaponiya ilə birlikdə Təhlükəsizlik Şurasının islahatının tərəfdarıdır.

Şərhlər

Oxucu. 2023-09-18 11:31:13

Bu xanım ABŞ-ın sözünü deyir,niyə Türkiyə,Misir,Afrika dövlətlərindən birini demir,məlum məsələdir Yaponiya,Braziliya,Bharat ölkələri ABŞ-dan aslı və sözə qulağ asandırlar,yenədə BMT-ı jek rəisi kimi olacaq,"fati otuz,Fati dur".

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol