Menu

Rusiyanın desant briqadasının komandiri öldürüldü – FOTO

18.09.2023, 13:07
Rusiyanın desant briqadasının komandiri öldürüldü – FOTO

“Rusiyanın 31-ci hava hücumu briqadasının komandiri, polkovnik Andrey Kondraşkin Ukraynada həlak olub”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə özünü "DXR" adlandıran separatçı qurumun "Vostok" batalyonunun komandiri Aleksandr Xodakovski bildirib. O, Kondraşkinin ölümünün səbəblərini açıqlamır.

Kondraşkinin Çeçenistandakı müharibədə iştirak etdiyi məlumdur. Onun özü də ən azı üç hərbi münaqişədə iştirak etməsindən danışıb.

Rusiya Müdafiə Nazirliyi 31-ci Hava Hücum Briqadası komandirinin ölümü ilə bağlı açıqlama verməyib.

Ukraynalı jurnalist Yuri Butusovun sözlərinə görə, Kondraşkinin komandanlıq etdiyi briqada Qostomel hava limanına enişdən başlayaraq müharibənin bütün əsas döyüşlərində iştirak edib.

Butusov iddia edir ki, bu rus briqadası hazırda Baxmut yaxınlığında yerləşir. Kondraşkin, onun sözlərinə görə, Andreevka kəndinin cənubunda Ukrayna Silahlı Qüvvələrinin 3-cü hücum briqadasının və ona bağlı birləşmələrin hücumlarını dəf edib. Ukraynalı jurnalist iddia edir ki, Ukrayna hərbçiləri Andreevkaya Kondraşkinin briqadasının fəaliyyət göstərdiyi ərazidən keçiblər.

Ukrayna hərbçiləri cümə günü Andreevka kəndinin azad edildiyini elan ediblər, Rusiya rəsmi mənbələri bu xəbərləri təsdiqləməyib.

Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı zamanı 31-ci hava desant briqadasının 170-dən çox əsgəri həlak olub. Ölənlərin 17%-i zabitlərdir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol