Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus Pekini COVID-19-un mənşəyi və yayılması ilə bağlı daha çox məlumat verməyə çağırıb.
“AzPolitika.info” bu barədə “Financial Times” istinadla xəbər verir.
"Biz Çini tam giriş imkanı (virusla bağlı sənədlərə - red.) verməyə çağırırıq. Biz həmçinin ölkə liderlərinə səslənirik ki, ikitərəfli görüşlərdə bu məsələni qaldırsınlar", - ÜST-nin baş direktoru deyib.
O, əlavə edib ki, bu məsələni araşdırmaq üçün yeni komanda göndərməyə hazırdır. Çinin Vuhan şəhərində ilk epidemiyaların ortaya çıxmasından 4 il keçməsinə baxmayaraq, pandemiyanın mənşəyi və yayılma səbəbləri hələ də məlum deyil.
Dünyanın artıq pandemiyanın kəskin mərhələsində olmadığına ümid etdiyini deyən ÜST rəhbəri mutasiyaya uğramış BA.2.86 ştammı və digər “Omicron” subvariantlarının monitorinqinin son dərəcə vacib olduğunu bildirib. Onun sözlərinə görə, virusun mənşəyinin və yayılma səbəblərinin araşdırılması gələcəkdə ola biləcək hər hansı epidemiyanın qarşısını almaq üçün vacibdir. O, həmçinin əlavə edib ki, mənəvi baxımdan da, heç bir gizli şey qalmamalıdır.
Xatırladaq ki, keçmişdə pandemiyanın Vuhandakı bir laboratoriyada virusun səbəb olduğu və ya bazarda çirklənmiş dəniz məhsulları vasitəsilə bütün dünyaya yayıldığı barədə fərziyyələr var idi.
Rüfət
AzPolitika.info


Şərhlər