Ehtimallar var ki, əsir götürülənlərin bir qismi sağdır.
Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının baş prokurorunun müavini, Azərbaycan Respublikasının hərbi prokuroru Xanlar Vəliyev deyib.
"Ehtimallar var ki, əsir götürülənlərin bir qismi sağdır və Ermənistan ərazisində qul kimi işlədilir. Bir qismi isə əsir götürüldükdən sonra qətlə yetirilib, müxtəlif yerlərdə kütləvi şəkildə basdırılıb", - o deyib.
Qeyd edək ki, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı, xarici ölkələrin sabiq dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların, o cümlədən, humanitar sahə üzrə fəaliyyət göstərən qurumların nümayəndələrinin, beynəlxalq siyasi ekspertlərin iştirakı ilə 18 sentyabr tarixində “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfrans keçirilir.


Şərhlər
Azərbaycan Respublikasının baş prokurorunun müavini, Azərbaycan Respublikasının hərbi prokuroru cənab Xanlar Vəliyev , siz yaxşı bilirsiniz ki, erməni hərbi əsirləri Azərbaycanda həbsxanalarda
saxlanılır KURORT - SANATORIYA - da göstərilən xidmət səviyyəsində , hətta həkimlər canfəşanlıq ilə bunlara tibbi diaqnostika və tibbi yardım göstərirlər, televizor, soyuducu , telefon, kitabxanadan, istifadə edirlər, böyük qayğıkeşlik , canfəşanlıq ilə Azərbaycan Respublikasının
Ombudsmanı tez - tez bu erməni hərbi əsirlərin yanına gəlir və bunların əhvalı, vəziyyəti ilə maraqlanır. Sual olunur, NIYƏ, ayrı - seçkilik mövcuddur və Azərbaycan Respublikasının hərbi əsirlərinə Ermənistanda QUL kimi , zülm edilir ????