Menu

“Üçüncü dünya müharibəsinin günahkarı sən olacaqsan” - Zelenski Putini virusa bənzətdi

18.09.2023, 16:12
“Üçüncü dünya müharibəsinin günahkarı sən olacaqsan” -  Zelenski Putini virusa bənzətdi

“Rusiya Prezidenti Vladimir Putin xərçənglə, immunçatışmazlığı virusu ilə, “COVİD-19”-la bir sırada durub”.

“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “CBS”-ə müsahibəsində deyib.

Zelenski qeyd edib ki, Putinin hərəkətləri üçüncü dünya müharibəsinə yol açır və Rusiyanın böyük qonşu dövlətləri buna imkan verməməlidirlər: “Mən çoxmilyonluq millətləri demirəm, milyardlıq millətlər var ki, onlar ona(Putinə) deməlidirlər ki, bu addımlar üçüncü dünya müharibəsinə aparır və bu müharibənin günahkarı yalnız sən olacaqsan. Məhz Putinin əlləri ilə dünyada dinc insanların həyatını alan faciə yaranıb. Dünya ölkələri buna fikir verməlidirlər. Ən başlıcası budur...”

Dünya ölkələrini Putinlə mübarizəyə səsləyən Zelenski onun koronavirusdan da təhlükəli olduğunu bildirib: “QİÇS-ə(immunçatışmazlığı virusu), xərçəngə, COVİD-ə qalib gəlin. O şeyə qalib gəlin ki, o, doğrudan da faciədir. Lakin bağışlayın, COVİD hardadır, Putin harda?”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol