Gürcüstanın Abxaziya separatçı bölgəsi ilə Rusiya Federasiyası arasında bağlanmış “müttəfiqlik və strateji əməkdaşlıq” sazişi ilə bağlı NATO baş katibinin bəyanatı:
NATO beynəlxalq cəhətdən tanınmış sərhədləri çərçivəsində Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü tam dəstəkləyir. Ona görə də biz noyabrın 24-də Gürcüstanın Abxaziya separatçı bölgəsi ilə Rusiya arasında bağlanmış “müttəfiqlik və strateji əməkdaşlıq” sazişini tanımırıq.
“Saziş” Gürcüstanda vəziyyətin dinc və dayanıqlı həllinə heç cür kömək etmir. Əksinə, Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü pozur və aşkar şəkildə beynəlxalq hüquqa, ATƏT prinsiplərinə və Rusiyanın götürdüyü öhdəliklərə ziddir.
Biz Rusiyadan Cənubi Osetiya və Abxaziya bölgələrini müstəqil dövlət kimi tanımaqdan əl çəkməyi və öz hərbi qüvvələrini Gürcüstandan çıxarmağı tələb edirik.
Aİ-nin ali nümayəndəsi və vitse-prezident Federika Moqerininin bəyanatı
Bu gün Rusiya Federasiyasının Gürcüstanın Abxaziya seprataçı bölgəsi ilə bağladığı “müttəfiqlik və strateji əməkdaşlıq” sazişi regionda təhlükəsizlik vəziyyətinin stabilləşdirilməsi səylərinə ziyan vurur.
Bu saziş Rusiya Federasiyası və Abxaziya arasında əvvəl bağlanmış müqavilələr kimi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü pozur, eləcə də beynəlxalq hüquq prinsipləri və Rusiyanın götürdüyü beynəlxalq öhdəliklərlə ziddiyyət təşkil edir. 12 avqust 2008-ci il müqaviləsi və 8 sentyabr 2008-ci ildə həmin müqavilənin icrası ilə bağlı ilkin tədbirlər də bura daxildir.
Aİ beynəlxalq tanınmış sərhədləri çərçivəsində Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiyini bir daha təkrarlayır. /eunews.az


Şərhlər