Rusiya Federasiyasında həlak olmuş döyüş veteranlarının ailə üzvləri üşün 230 min vəsiqə sifariş edilib. Eyni zamanda 750 mindən çox döyüş veteranı vəsiqəsi hazırlanacaq.
“AzPolitika.info “Verstka”ya istinadla xəbər verir ki, bu, əvvəllər sifariş ediləndən dəfələrlə çoxdur. Dövlət satınalmaları portalındakı sənədlərdən məlum olur ki, sifarişi Rusiya Əmək Nazirliyi verib.
Tender sifarişinin ümumi dəyəri 79 milyon rubla çatıb.
Tender sənədlərində qeyd olunduğu kimi, həlak olanların ailə üzvləri üçün 200 min vəsiqə Rusiya Müdafiə Nazirliyi, 30 mini isə Əmək Nazirliyi tərəfindən paylanacaq.
“AzPoliitika.info”


Şərhlər