“Ermənistanla sərhədlərimizin toxunulmazlığı və Ermənistanın ərazi bütövlüyü İranın qırmızı cizgisidir”.
“AzPolitika.info” xəbər verir ki, bunu İran parlamentinin Təhlükəsizlik və xarici siyasət komissiyasının sədr müavini Şəhriyar Heydəri İranın «ParsToday» agentliyinə deyib.
Molla rejiminin deputatı Azərbaycanı təhdid etməyə qalxıb və erməniləri tərifləyib. Heydəri iddia edib ki, guya Azərbaycan “sionist rejimi”, Səudiyyə Ərəbistanı və Türkiyə ilə birgə regionun coğrafiyasını dəyişmək istəyir: “Biz regionda geosiyasətin dəyişməsini öz qırmızı cizgimiz hesab edirik və çox yaxşı(?) qonşumuz olan Ermənistanla sərhədlərimizin dəyişməsini yolverilməz hesab edirik. Uzaq keçmişdən(?) bizim bu ölkə ilə yaxşı münasibətlərimiz olub”.
Yəqin, “İslam dövləti”nin təmsilçisi “çox yaxşı qonşu” deyərkən, ermənilərin müsəlman azərbaycanlıların qanını axıtmasını, torpaqlarını 30 il işğalda saxlamasını, məscidləri donuz damına döndərməsini nəzərdə tutur ki, bununla da həmin çirkin əməlləri törədənlərlə eyni sırada durduğunu, eyni əqidəyə, insanlığa sahib olduğunu göstərir. Heydəri həmçinin deyib ki, Azərbaycana İran sərhədi yaxınlığında addımlar atsa, İran buna reaksiya verəcək və hərbi gücə əl atacaq.
Sözsüz ki, İran kimi mənfur rejimin hökm sürdüyü dövlətdə parlament üzvünün icazə almadan dövlətin adından danışması mümkünsüzdür. Bu, o deməkdir ki, İranın qarnına haradan və hansı sancıların dolduğu bilinməsə də, müxtəlif səviyyələrdə Azərbaycanın ünvanına təzyiq və təhdidlər başlayıb. Görünür, Azərbaycanın Qarabağı “İranın qardaşı” olan erməni terrorçularından, qanunsuz hərbi birləşmələrdən, separatçılardan təmizləmək iradəsi və bunun reallaşdırılması perspektivi molla rejimini yenə təşvişə salıb.
C.Məmmədov
“AzPolitika.info”


Şərhlər
Alchag ve vicdansiz iran rejimi ozunu bitirib artig.
Chox cekmiyecek icerden dagilacag. Wer guvesinin merkezi iran
İran "İslam" Dövləti ermənilərə ən çox dəstək verir və dövlətin adında olan İSLAM sözü İranın özünə gülünc gətirir. Belə ki, ermənilər müsəlmanları qırır, məscidləri donuzxanaya çevirir, 30 ildən artıq bilavasitə İranla sərhəddəki 3 rayonumuzu zəbt və talan etmişdi ki, İranın heç səsi də çıxmırdı, indi nə olub Naxçıvanla Azərbaycanı birləşdirəcək bir yol çəkilməsi İran üçün QIRMIZI XƏTTİN keçidi oldu???