Menu

Paşinyan “Azərbaycanla döyüşməyəcəyik” deyir - Və çevrilişdən qorxur

19.09.2023, 17:50
Paşinyan “Azərbaycanla döyüşməyəcəyik” deyir - Və çevrilişdən qorxur

Azərbaycanın Qarabağda başlatdığı anti-terror əməliyyatı Ermənistanda gərginliyə səbəb olub. Nikol Paşinyan hakimiyyəti isə yaxasını kənara çəkərək, Xankəndindəki qanunsuz hərbi birləşmələrin guya Ermənistana heç bir aidiyyatının olmadığını iddia edib.

“AzPolitika.info” xəbər verir ki, bu gün Ermənistan Təhlükəsizlik Şurasının təcili iclasını çağıran N.Paşinyan Qarabağ ərazində anti-terror əməliyyatına münasibət bildirib.

Yenə “etnik təmizləmə”, “blokada” və digər cəfəngiyyatlar barədə danışan Baş nazir Ermənistanın “düşünülməmiş addımlar atmayacağını” bəyan edib: “Ermənistan hərbi əməliyyatlarda iştirak etmir... Biz indiki vaxtda heç bir düşünülməmiş addım atmayacağıq”.

Xatırladaq ki, bundan öncə Rusiyanın Qarabağdakı emissarı Ruben Vardanyan Paşinyana müraciət edərək, onu “Qarabağın müstəqilliyini” tanımağa və “öz vətəndaşlarını müdafiə etməyə” çağırıb.

Paşinyan həmçinin, Ermənistanda hakimiyyət çevrilişi təhlükəsi barədə də danışıb: “Müxtəlif yerlərdən Ermənistanda çevrilişlə bağlı çağırışlar səsləndirilir”.

Paşinyan qeyd edib ki, bu cür cəhdlərin qarşısı Ermənistan qanunvericiliyinə uyğun şəkildə alınacaq.

“AzPolitika.info”         

Şərhlər

Vətəndaş 2023-09-19 18:05:51

Rus 250 ildir erməni ilə bizi şanraj edir,bizi erməniyə öldürtdürür. İndi sə bicbala erməni rusun məhv olacağını hiss edir və buna görə rusun nəzaritindən çıxır. İndi də rus bizlimkilərin əli ilə düşmən milləti şantaj edir deyəsən. Ancaq bizim baş bilənlər bu şər millətə inanmalı deyil. Sabah yenə ola bilər ki bu şər millər erməni ilə bizi yenə şantaj edəcək. Rus Türkün düşmənidir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol