Menu

"ABŞ Ermənistandakı təlimlər zamanı şəxsi heyəti üçün heç bir risk görmür" - Pentaqon

19.09.2023, 19:44
"ABŞ Ermənistandakı təlimlər zamanı şəxsi heyəti üçün heç bir risk görmür" - Pentaqon

ABŞ Ermənistanla birgə hərbi təlimləri davam etdirəcək və planlaşdırıldığı kimi başa çatdıracaq.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

"Ermənistanla birgə təlimimiz taktiki səviyyədə yeni əlaqələrin qurulması və sülhməramlı əməliyyatlar üçün qarşılıqlı fəaliyyətin artırılması məqsədlərinə nail oldu. Onlar planlaşdırıldığı kimi sabah yekunlaşacaq", - məlumatda bildirilir.

Qeyd edilib ki, ABŞ təlimlərdə iştirak edən şəxsi heyəti üçün heç bir risk görmür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol