Menu

"ORDUMUZ SEPARATÇILARIN MÜDAFİƏ XƏTTİNİ YARIB" - Hikmət Hacıyev AÇIQLADI

19.09.2023, 20:35
"ORDUMUZ SEPARATÇILARIN MÜDAFİƏ XƏTTİNİ YARIB" -  Hikmət Hacıyev AÇIQLADI

“Azərbaycan Ordusu separatçıların müdafiə xəttini yarıb”.

Bu məlumatı Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Reuters" agentliyinə müsahibəsində açıqlayıb.

O bildirib ki, Azərbaycan qüvvələri Qarabağda Ermənistan silahlı qüvvələri ilə təmas xəttini bir neçə yerdə yarıb və strateji məqsədlərinə çatmaq əzmindədir.

“Qarabağda qeyri-legitim hərbi infrastruktur tamamilə məhv edilənə qədər Azərbaycan Respublikasının hərbi əməliyyatları davam edəcək” - Prezidentin köməkçisi əlavə edib.

Şərhlər

Şaiq 2023-09-19 22:34:59

ƏHSƏN.

Camal 2023-09-19 20:57:14

Maşallah

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol