Menu

BMT TŞ-nin Qarabağdakı vəziyyətlə bağlı iclasının vaxtı açıqlanıb

19.09.2023, 23:12
BMT TŞ-nin Qarabağdakı vəziyyətlə bağlı iclasının vaxtı açıqlanıb

BMT Təhlükəsizlik Şurasının Qarabağdakı vəziyyətlə bağlı iclası sentyabrın 21-nə təyin edilib.

Bu barədə TASS-a təşkilatdakı mənbə məlumat verib.

“Görüş cümə axşamı baş tutmalıdır”, - adı çəkilməyən mənbə agentliyə deyib.

Görüşün Nyu-York vaxtı ilə günün ikinci yarısında baş tutacağı gözlənilir.

Agentlik xatırladıb ki, bu günlərdə BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi keçirilir. Bu səbəbdən də bir neçə nümayəndə heyətinin rəhbəri iclasda iştirak edə bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol