Menu

Müdafiə Nazirliyi təkzib edir

20.09.2023, 10:44
Müdafiə Nazirliyi təkzib edir

Ermənistan mətbuatında guya Silahlı Qüvvələrimizin Ağdərə yaşayış məntəqəsini atəşə tutması barədə yayılan məlumatların heç bir real əsası yoxdur, tamamilə yalandır.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

"Qarşı tərəfin yaydığı növbəti dezinformasiya xarakterli məlumatı qəti surətdə təkzib edirik", - nazirlikdən qeyd olunub.

Bundan başqa, Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən Laçın yolu ilə Rusiya sülhməramlı kontingentinin müşayiəti altında hərəkət edən mülki kolonun atəşə tutulması barədə yayılan məlumatın heç bir əsası yoxdur və dezinformasiya xarakteri daşıyır.

"Bu əsassız iddianı qəti surətdə təkzib edirik", - nazirlikdən qeyd olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol