Menu

Azərbaycan Mərkəzi Bankı 8 ayda valyuta bazarından 122 milyon dollar alıb

20.09.2023, 11:42
Azərbaycan Mərkəzi Bankı 8 ayda valyuta bazarından 122 milyon dollar alıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta bazarına müdaxiləsi 122 milyon ABŞ dolları olmaqla alışyönlü olub.

“Report” bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, 8 ay ərzində AMB-də keçirilmiş valyuta hərraclarının 99 %-də təklif tələbi üstələyib.

Xatırladaq ki, 2023-cü ilin yanvar-avqust aylarında AMB-nin Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 2 milyard 295,8 milyon ABŞ dolları məbləğində satış olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,3 % azdır.

Təkcə ötən ay isə valyuta satışının məbləği 452 milyon ABŞ dolları təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 2,6 % çoxdur.

Şərhlər

Vətəndaş 2023-09-20 15:59:00

Bəs bu dollarlar kimə satılıb və sonrakl talei nə olub? Bu ölkədən valyuta çıxarılmasına səbəb olmayıb? Kim bu suala aydınlq gətirər.Çünki ölkə əhalisi aldığı maaşla ayı başa vura bilmədiyi halda bu qədər valyuta alana pul haradandır və alınan valyuta necə olur?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol