Menu

İrəvanda iğtişaşlarla bağlı kütləvi həbslər başlayıb

21.09.2023, 06:30
İrəvanda iğtişaşlarla bağlı kütləvi həbslər başlayıb

Ermənistanın paytaxtı İrəvanın “Respublika” meydanında keçirilən nümayişdə onlarla gənc həbs edilib.

“Report” xəbər verir ki, bunu vəkil Arsen Babayan feysbukdakı hesabında yazıb.

O, qeyd edib ki, İstintaq Komitəsinin rəhbərliyindən istefa verib. Arsen Babayanın sözlərinə görə, həbs edilənlərdən biri onun yaxınıdır və həmin gənc kütləvi iğtişaşlarda iştirakçı bilinir.

“Bu, mövcud hakimiyyətin həyata keçirdiyi bilavasitə kütləvi siyasi həbslərin cinayət prosesidir”, - vəkil vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol