“Bakı ilə yekun razılaşma yoxdur, detallar razılaşdırılmalıdır”.
“AzPolitika.info” xəbər verir ki, bunu jurnalistlərə Yevlaxda Azərbaycanın mərkəzi hakimiyyət nümayəndələri ilə görüşdə iştirak edən Qarabağ ermənilərinin təmsilçisi deyib.
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov isə bildirib ki, bir görüşdə bütün problemlərin həllini gözləmək çətindir. “Hesab edirəm ki, bu gün Yevlaxda aparılan danışıqlar çoxsaylı görüşlərdən birincisidir. Qarabağ erməniləri ilə Azərbaycan arasındakı bütün problemlərin bir görüşdə həll olunacağını gözləmək lazım deyil”, - Əmirbəyov “Sky News Arabia” telekanalının efirində bildirib.
O qeyd edib ki, Qarabağ erməniləri ilə Azərbaycan arasında aparılan danışıqlar münaqişəyə son qoyacaq sülh müqaviləsinin bağlanmasına gətirib çıxara bilər.
Erməni “Teleqram” kanallarının yazdığına görə, görüşdə Azərbaycan rəsmiləri onlara ultimativ tələblər verib.
Xatırladaq ki, Prezident Administrasiyasının dəvəti ilə Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə görüş keçirilib. Görüşlərin davamlı olacağı gözlənilir.
***
Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri Yevlaxı tərk edib.
"Report" xəbər verir ki, onlar gəldikləri marşrutla geri qayıdırlar.
***
Bu gün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə keçirilən görüş başa çatıb.
APA xəbər verir ki, danışıqlarda Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiyası məsələləri müzakirə olunub.



***
Azərbaycanın Qarabağ ərazisindəki azsaylı erməni sakinlərin nümayəndələri ilə Azərbaycanın mərkəzi hakimiyyətini təmsil edən şəxslər arasında Yevlax şəhərində keçirilən görüş başlayıb.
“AzPolitika.info” xəbər verir ki, görüşdə Azərbaycan tərəfini Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev və xüsusi nümayəndəliyin əməkdaşı İlkin Sultanov təmsil edirlər. Qarabağın erməni sakinlərini isə qondarma rejimin deputatı Sergey Martirosyan və David Melkumyan təmsil edirlər.
Qeyd edək ki, Rusiya sülhməramlı kontingentinin nümayəndəsi də iştirakçı kimi görüşə qatılıb.
“AzPolitika.info”
***
Qarabağın erməni sakinlərinin nümayəndələri Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs Ramin Məmmədovla görüşmək üçün Yevlax şəhərinə gəliblər.
Onları Azərbaycan polisi və Rusiya sülhməramlıları müşayiət ediblər.
Yevlaxda keçiriləcək görüş artıq başlayıb və Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələləri müzakirə edilir.

09:45
***
Qarabağın erməni icmasının nümayəndələri Azərbaycan tərəfi ilə görüşmək üçün Yevlax rayonuna gəlir.
"Report"un Qarabağ bürosunun məlumatına görə, onları Rusiya sülhməramlıları müşayiət edirlər.
Xatırladaq ki, Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri təslim olublar. Razılaşmaya əsasən, Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

Şərhlər
..Reporta..sual----Doğurdanmı ermənilər gəldikləri marşurutla geri qayıdıblar,bəlkə ayrı marşurutla gediblər,azıb eliyərlər biabır olarıq,dəqiqləşdirmək lazımdır...xalq çox narahat olur
Azərbaycan tərəfdən danışıqları "Yaşma" və "Komando" nun 3-4 Generalı aparmalıdır. Əmirbəyov,Ramin Məmmədov yox... Yox bir, bəlkə hafız hacıyevlə, əhəd abıyev aparsın danı.ıqları... Ya da təhsil naziri...
Əmirbəyov deyir: " Yevlaxda aparılan danışıqlar çoxsaylı görüşlərdən birincisidir.Bu bir görüşə həll olunmayacaq..."
Bu belə deyəndə erməni dıöası da belə deyəcək də..."Bakı ilə yekun razılaşma yoxdur, detallar razılaşdırılmalıdır”. Bu kimdir ki, Bakı ilə nəsə razılaşdırır...