Menu

Paşinyan istefa verməyəcəyini bildirib

21.09.2023, 11:19
Paşinyan istefa verməyəcəyini bildirib

“Ötən gecə minlərlə vətəndaş qondarma “artsax”ın xilası üçün Respublika meydanında hakimiyyətin istefasını tələb edən zaman, Nikol Paşinyan öz yaxın çevrəsini toplayaraq iclas keçirib”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Ermənistanın müxalifyönlü “Hraparak” nəşri məlumat yayıb.

Nəşr iddia edib ki, Paşinyan həmin görüşdə heç bir halda hakimiyyəti təhvil verməyəcəyini, nəyin bahasına olursa olsun, özündə saxlayacağını bildirib.

Eyni zamanda qeyd olunub ki, Paşinyan öz ailəsini şəhərdən kənara Sevandakı bağ evinə höçürüb.

Xatırladaq ki, bir neçə gündür İrəvanda hökumət əleyhinə etiraz aksiyaları keçirilir. Aksiya iştirakçıları Paşinyanın istefasını tələb edirlər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol