Bu gün Ermənistanın Müstəqillik günü ilə əlaqədər 44 günlük müharibədə Azərbaycan ordusu tərəfindən məhv edilən hərbçilərin dəfn olunduğu “Erabul” məzarlığına kütləvi ziyarət başlayıb.
“AzPolitika.info” xəbər verir ki, səhər saatlarında hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatları Ovik Aqazaryan və Akop Aslanyan məzrlığa gələrkən insident baş verib.
Ölən hərbçilərin yaxınları onların avtomobilini görən kimi hücum çəkərək təhqiramiz ifadələr səsləndirib, daha sonra isə dava başlayıb. Polis əraziyə gec gəlib, onlar insidenti sakitləşdirməyə çalışsa da nəticə verməyib, deputatlar məzarlıqdan çıxmaq məcburiyyətində qalıblar.
“AzPolkitika.info”


Şərhlər