Menu

Azərbaycanda gələn il dövlət büdcəsi 36 milyard manatdan çox olacaq

21.09.2023, 13:37
Azərbaycanda gələn il dövlət büdcəsi 36 milyard manatdan çox olacaq

2024-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 33 765 milyon manat, xərclərinin isə 36 355 milyon manat olacağı gözlənilir.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bunlar 2023-cü ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 0,4 % və 0,7 % azdır. Son nəticədə dövlət büdcəsində 2 590 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 5,3 % azdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol