Menu

MƏRKƏZİ HAKİMİYYƏT QARABAĞA YARDIM GÖNDƏRİR - Avtomobillər Ağdamdan Xankəndiyə hərəkət edir (FOTO+VİDEO)

22.09.2023, 08:41
MƏRKƏZİ HAKİMİYYƏT QARABAĞA YARDIM GÖNDƏRİR - Avtomobillər Ağdamdan Xankəndiyə hərəkət edir (FOTO+VİDEO)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün humanitar məqsədlə ərzaq yükünün göndərilməsi qərara alınıb.

APA xəbər verir ki, sentyabrın 22-də içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil Xankəndiyə yola salınıb.

Avtomobillər Ağdam rayonu ərazisindən Əsgərana doğru hərəkət edir.

Yüklər artıq fəaliyyətdə olan Ağdam-Xankəndi yolu ilə ünvana çatdırılacaq və əhaliyə paylanılacaq.

Bundan sonra da bu kimi humanitar məqsədli ərzaq yüklərinin çatdırılması təmin olunacaqdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol