Menu

BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayının artırılması vacibdir - Şarl Mişel

22.09.2023, 08:43
BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayının artırılması vacibdir - Şarl Mişel

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayının artırılmasının vacib olduğunu deyib.

APA xəbər verir ki, bu barədə Aİ Şurasının Prezidenti BMT Baş Assambleyasının 78-ci sessiyasında çıxışında bildirib.

"Birləşmiş Millətlər Təşkilatı. Adından da göründüyü kimi millətlər klubudur. Biz çoxtərəfli sistemin islahatını düşünəndə dövlətləri onun əsas vahidi hesab edirik. Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayının artırılması qaçılmazdır. Biz bu status-kvondan kənara çıxmalıyıq", - Şarl Mişel vurğulayıb.

Şərhlər

Bəhram Cəfər 2023-09-22 09:06:51

Heç bir şübhəsiz dəyərli-təsirli təklifdir! BMT Təhlükəsizlik Şurasının qərarlarının İcra zamanları, Əsas və yardımçı icraçıları, Nəzarətçi təşkilatlar da mütləq qaydada göstəriməlidir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol