Kremlin məlum missiya üçün Qarabağa göndərdiyi erməni milyarder Ruben Vardanyan hələ də Xankəndindədir. Hələ də onun çirkin siması və ləpirləri Azərbaycanın qədim torpaqlarını murdarlamaqdadır. Hələ də bu sima Rusiya və Qərbin satılmış televiziyalarına, internet kanallarına çıxaraq, Azərbaycanın ünvanına mənfur iftiralar, saxta ittihamlar yağdırmaqda, tamaşaçı kütləsini aldatmaqda, vay-şüvən qoparmaqdadır...
Ötən gün Rusiyanın ən ikiüzlü və riyakar “jurnalist”lərindən və tanınmış “qədim peşə” sahiblərindən, eyni zamanda da Kremlin pərdələnmiş agentlərindən biri olan Kseniya Sobçakın verilişinə “qonaq olan” Vardanyan yenə Azərbaycanın ünvanına əsassız, yalan ittihamlar səsləndirib və “artsax xalqının mübarizəsindən” danışıb. Doğrudur, bu dəfə “statusdan”, “müstəqillikdən” dəm vura bilməyib. Əsasən, ermənilərin “öz torpaqlarında yaşamaq hüququ uğrunda mübarizə apardığını” deyib və əlavə edib ki, Azərbaycan tərəfi ilə danışıqlar davam edir. Lakin hələlik heç bir razılıq əldə edilməyib. Eyni zamanda, yenə yekə-yekə “mən əminəm ki, bu, son deyil” deyib. Yəni, onun kimi təxribatçıların, avantüristlərin, Kreml agentlərinin, separatçıların bizim ərazilərimizdə “suyu bulandırmaqda” davam edəcəyinə işarə vurub.

Vardanyan deyib ki, guya Xankəndi və ətraf ərazilərdəki ermənilər “fiziki məhv astanasındadırlar”. Bir az da irəli gedərək, növbəti erməni vay-şüvən nağılı danışıb və regionda nə baş verdiyindən bixəbər auditoriyaya “8 yaşlı bir uşağın bombardmandan ürəyi partlayıb” kimi böyük ehtimalla cəfəngiyyat olan “xəbərlər” çatdırıb. Bir sözlə, bu çirkin varlıq Kremlin onun boyuna ölçdüyü missiyanı davam etdirməkdədir...
Ancaq o da məlumdur ki, əslində, Kremlin onu regiona göndərməkdə son məqsədi İrəvanda Paşinyanın devrilməsi əməliyyatında Vardanyanın da hansısa formada iştirakı, hətta alınsa, onun Ermənistanın İvanişvilisi rolunu oynamasıdır. Lakin belə görünür ki, Ermənistan cəmiyyəti onu heç it yerinə də qoymur və Kremlin ehtimalları qətiyyən özünü doğrultmur. Məsələn, bir neçə gün əvvəl keçirilən İrəvana mer seçkilərinin nəticələrinə görə, Vardanyanın partiyası kimi tanınan, onun maliyyələşdirdiyi və açıq dəstək verdiyi “Yaşamaq üçün ölkə” partiyası cəmi 3 faiz səs topladı. Əlbəttə ki, belə cılız siyasi baqajla Vardanyan Gürcüstanda İvanişvilinin oynadığı rolu oynaya bilməyəcək. Ona görə də hələ ki, Xankəndində çirkin fəaliyyətini davam etdirməyə üstünlük verir...
Eyni zamanda, hərdən elə təsəvvür yaranır ki, Kreml Vardanyanın başının ipini buraxıb, yəni, ona sahib çıxmaq istəmirmiş kimi görünür. Çünki nə qondarma qurumun “dövlət naziri” kimi, nə də istefaya məcbur ediləndən sonrakı fəaliyyəti ilə elə bir nəzərə çarpacaq uğur qazan bilmədi. Onu gəlişi ilıə Qarabağın erməniəsilli sakinlərin yaşadığı məlum ərazisində hər hansı ciddi dəyişikli olmadı, oradakı ermənilərin nə Rusiyaya, nə də Vardanyanın özünə münasibətində heç nə dəyişmədi. Separatçı rejim hər hansı ciddi nailiyyət qazana bilmədi və bilməzdi də. Əksinə, separatçılar arasında didişmə daha da artdı. Azərbaycanda qıcıq yaratmaq, rəsmi Bakını hansısa təxribatlara çəkmək cəhdləri də heç bir bəhrə vermədi. Bütün bunlardan və xüsusilə də bir günlük uğurlu anti-terror əməliyyatından sonra Vardanyanın Qrabağ əeazində qalması, ümumiyyətlə onun mövcudluğu Kreml üçün əvvəlki qədər ciddi əhəmiyyət daşımır. Çünki bu “zibil torbası” nə Xankəndində, nə də Ermənistanda Kremlin ümidlərini doğrultmadı. Onun nə nə siyasi bilik və qabiliyyətləri, nə natiqlik səviyyəsi, nə erməni cəmiyyəti ilə işləmək bacarığı, nə də adi xarizması çatmadı ki, hansısa ciddi nailiyyət əldə etsin və Kremlinplanlarını icra edə bilsin...
Bir neçə gün əvvəl Ermənistanın “Hraparak” qəzeti yazmışdı ki, Azərbaycan tərəfi Xankəndindəki erməniəsilli sakinlərin nümayəndələrinə siyahı təqdim edib və orada adları qeyd olunan şəxslərin Bakıya təhvil verilməsini tələb edib. Məlumata görə, sözügedən siyahıda Azərbaycana qarşı hərbi cinayətlər törətmiş separatçı rejimin keçmiş “rəhbər”lərinin, hərbçilərin və “məmurlar”ın adları var. Ötən gün bu mövzuya Ukrayna mətbuatına açıqlama verən tanınmış politoloq Mixail Şeytelman da toxunub. O, həmin siyahıda Ruben Vardanyanın da olub-olmaması ilə maraqlanıb.
Politoloq deyib ki, bu məsələ prinsipial əhəmiyyət daşıyır və rəsmi Bakının israrla üzərində durmalı olduğu tələbdir. Doğrudan da, Vardanyan həmin siyahıda varmı? Ola bilsin ki, Azərbaycanın üzərində israrla duracağı şərtlərdən biri də məhz həmin siyahı ilə bağlıdır. Məsələn, hazırda Ermənistan parlamentində təmsil olunan qatı hərbi cinayətkar Seyran Ohanyan adının sözügedən siyahıda olduğuna əminliyini bildirib. Onun kimilər çoxdur və onların bir hissəsi hələ ki, Qarabağda siçan tələsinə düşmüş vəziyyətdədir. Məsələ ondadır ki, Vardanyan da Xankəndinə gəldiyi gündən bəri öz çirkin fəaliyyəti, Azərbaycan Konstitusiyası və qanunlarına zidd cinayət əməlləri ilə sözügedən siyahıya düşmək “haqqını” artlqlaması ilə qazanıb.
Ona görə də Qarabağdan qaçmasına imkan verilməyəcək separatçı həşəratların arasında mütləq Vardanyan da olmalıdır. Ən azından onun tutulub Azərbaycan hüquq-mühafizə sisteminə təhvil verilməsi və sonrakı məlum aqibəti bundan sonra ölkəmiz ərazisində separatizmə cəhd etməyi ağlının ucundan keçirən istənilən xarici agent üçün dərs olmalıdır. Ermənilər nəhayət bilməli və anlamalıdırlar ki, Azərbaycan üçün separatizmin “s” hərfini dilinə gətirən istənilən şəxs Azərbaycan Ordusuna güllə atan terrorçu qədər düşmən və dərhal məhv edilməli olan qatı cinayətkardır!
Cəlal Məmmədov
“AzPolitika.info”

Şərhlər
RF vətəndaşlığından çıxmış necə Kremlin Emissarı olur? Onu Ermənistan necə qəbul edir, naməlum vətəndaş necə Azərbaycan əhalisi üçün 1987ci ildən hərbi soyqırım təhlükəsi olan Qarabağa sərhəddlərdən və RF sülməramlılarından keçir? Dəyərli-Torpağımızı Avropaya daşıtdıran cinayətkarın taleyi ilə Polis, Prokurorluq və Məhkəmə məşğul olmalı deyilmi? Sayıqlıq əvəzinə təhlükə rahatsızlığı?
Onu "sülhməramlılar " aradan çıxaracaq