Menu

“Krım körpüsünə hücumlar davam edəcək” – “Putin nə edəcək?”

23.09.2023, 17:15
“Krım körpüsünə hücumlar davam edəcək” – “Putin nə edəcək?”

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Krım körpüsünə hücumların mütəmadi olaraq davam edəcəyinə söz verib. 

“AzPolitika.info” xəbər verir ki, Budanovun TheDrive-a verdiyi müsahibədə dediyinə görə, körpüyə hücumlar davam edəcək və onun dağıdılması ilə başa çatacaq. O, körpüyə hücumlar ilə bağlı deyib: "Məsələ bizim hücum edib-etməyəcəyimizdə deyil. Biz bunu mütəmadi olaraq edirik, ona görə də, elə biz bitirəcəyik. Bu, yalnız zaman məsələsidir".

Putinin reaksiyasının necə olacağı ilə bağlı suala Ukrayna kəşfiyyatının rəhbəri belə cavab verib: "Putin nə edəcək? Yenə əsəbiləşəcək. Nə edə bilər?" 

Rüfət

AzPolitika.info

Şərhlər

Oxucu. 2023-09-24 12:04:32

Bu boyda vəzifənin sahibinin danışığına bax,putin neyləyəcək,körpə uşağ kimi ağlayacaq,bu uşağ oynu deyil,bu muharibədir vuran vurmalıdır yoxsa baltunluğ etməyin nə mənası var.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol