Menu

ERMƏNİLƏRİN VƏ HAVADARLARININ İNADI QIRILDI - "Spayka" maşınları geri qayıdır + VİDEO

24.09.2023, 19:10
ERMƏNİLƏRİN VƏ HAVADARLARININ İNADI QIRILDI - "Spayka" maşınları geri qayıdır  + VİDEO

Uzun müddətdir, Laçınla sərhəddə gözləyən "Spayka" "yardım" maşınları Ermənistana geri qayıdır.

APA xəbər verir ki, bununla bağlı görüntülər yayılıb.

Qeyd edək ki, Ermənistan Azərbaycanın razılığı olmadan bu il iyulun 26-da Qarabağda yaşayan erməni əhali üçün “Spayka" şirkətinə məxsus avtomobillərdə "yardım" göndərməyə cəhd edib.

Lakin avtomobillər Laçınla sərhəddən buraxılmayıb.

Nəhayət, avtomobil karvanı iki aylıq gözləmədən sonra bu gün Ermənistana geri qayıtmalı olub.

Azərbaycanın razılığı olmadan atlan bu addımın uğursuzluqla nəticələnəcəyi əvvəldən məlum idi. Çünki bu əməllərinin təxribatdan başqa bir şey olmadığı hər kəsə məlumdur.

Şərhlər

dadaşyev 2023-09-24 16:14:46

Əgər həqiqətən də yardımsevərdirlərsə o yardımları göndərsinlər Afrikanın həqiqətən də aclıq çəkən yüz milyonlarla uşaqlarına.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol