Keosayan erməniləri ağır şəkildə təhqir etdi
Kremlin ən çirkin təbliğatçılardan biri, jurnalist Marqarita Simonyanın əri, kinorejissor Tiqran Keosayan erməni xalqını təhqir edib.
“AzPolitika.info” xəbər verir ki, öz verilişində Azərbaycanın keçirdiyi uğurlu ant-terror əməliyyatına və bir neçə Rusiya “sülhməramlısı”nın ölümünə deyinən Keosayan özünün rus olduğunu(?) deyib və erməniləri nəcisə bənzədib: “Geniş mənada rus əsgəri, rus insanı(sizi əsəbiləşdirmək istəmirəm, amma mən də rusam...) ermənilərdən artıq erməni ola bilməz. Anladınız? Oradakı sülhməramlılar nə üçün, kim üçün ölürlər? Onlar o ermənilər üçün ölürlər ki, onları siz, soyadı “yan”la qurtaran formal ermənilər, başda özlərinin “pidarast” Paşinyanı olmaqla, satmısınız. Siz satmısınız. Bunu sizin gözünüzə, üzünüzə baxaraq deyirəm. Biz ermənilər necə də sevirik “Napoleon ermənidir”, “Alen Prost ermənidir”, “Kirkanyan ermənidir” deməyi... Kim Kardaşyanın “arxası” ilə fəxr edirik(söyüş söyür). Ancaq ən başlıca şeydə (ermənilər) nəcis çıxdıqlar, uşaqlar. Satdılar!”
Qeyd edək ki, Azərbaycanın Qarabağın bütün ərazisini separatçılardan və qanunsuz erməni hərbi birləşmələrindən təmizləməsinə görə ermənilər məsuliyyəti Rusiyanın, Rusiya isə Paşinyan hökumətinin üzərinə atır. Onu da qeyd edək ki, Kremlin qızğın təbliğatçısı Marqarita Simonyanın Ermənistana, onun əri Tiqran Keosayaanın isə Qazaxıstana girişinə qadağa qoyulub.
C.Məmmədov
“AzPolitika.info”

Şərhlər
Bu arvadı qəh...... deyir mən "rusam". Bu sir-siffətdə "rus"olar.Öl ay rus görün sizin törəmələriniz kimlərdir.
Bunların quyruğunu rus tapdalasın qaçıb xaricə bu üfunət sözləri ruslar üçün də deyəcəklər ,gör kimlər Kremlə qulluq edir ,bizim rusbaşlarda hələ də Kremlin ətəyindən qopmurlar
Gözəl çıxışdır, axır ki, ermənilərin kim olduğunu bizlər deyil, özləri də boyunlarına aldılar.