Menu

ABŞ-ın yüksək rütbəli rəsmiləri Ermənistanda səfərdədir - YENİLƏNİB

25.09.2023, 15:32
ABŞ-ın yüksək rütbəli rəsmiləri Ermənistanda səfərdədir - YENİLƏNİB

ABŞ-in Beynəlxalq İnkişaf Agentliyinin başçısı Samanta Pauer və dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisinin səlahiyyətlərini icra edən Yuri Kim İrəvanda səfərdədir.

“Report” xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.

***

ABŞ-ın yüksək rütbəli rəsmiləri bu gün Ermənistana səfər edəcək.

APA xəbər verir ki, bu barədə “Reuters“ mənbələrə istinadən bildirib.

Qeyd olunub ki, səfər edənlər arasında ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (United States Agency for International Development – USAİD) direktoru Samanta Pauer və ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin vəzifələrini icra edən Yuri Kim yer alır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol