Menu

“Paşinyana sözün əsl mənasında cavab veriləcək...” – Mariya Zaxarova

25.09.2023, 17:02
“Paşinyana sözün əsl mənasında cavab veriləcək...” – Mariya Zaxarova

“Moskva yaxın vaxtlarda Ermənistan rəhbərliyinin ikitərəfli münasibətlərə xələl gətirən bir neçə bəyanatı ilə bağlı açıqlama verəcək”.

“AzPolitika.info” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Rossiya-24” telekanalının efirində bildirib.

“Deyə bilərəm ki, Moskva Ermənistanın Baş naziri Nikol Paşinyan və İrəvanın rəsmi nümayəndələri tərəfindən səsləndirilən, reallığa uyğun gəlməyən bir sıra bəyanatlara diqqət çəkdi, bu, ilk növbədə ikitərəfli münasibətlərin inkişafına ziddir. Buna sözün əsl mənasında müfəssəl cavab yaxın gələcəkdə veriləcək”, - o qeyd edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol