Menu

YEVLAX GÖRÜŞÜNDƏ BAKI ERMƏNİLƏRDƏN BUNU TƏLƏB EDİB - Bəzi detallar açıqlandı

26.09.2023, 12:20
YEVLAX GÖRÜŞÜNDƏ BAKI ERMƏNİLƏRDƏN BUNU TƏLƏB EDİB -  Bəzi detallar açıqlandı

Ermənistanın müxalifyönümlü nəşrlərindən olan “Hraparak”, sentyabrın 21-də Azərbaycan mərkəzi hakimiyyətinin nümayəndələri ilə Qarabağın azsaylı sakinlərinin təmsilçiləri arasında Yevlax şəhərində baş tutan görüşün bir sıra detallarını açıqlayıb.

“AzPolitika.info” xəbər verir ki, “Hraparak” Yevlaxda keçirilən görüşdə Azərbaycan mərkəzi hakimiyyətinin nümayəndələrinin əsas prioritet tələbini açıqlayıb.

Nəşr qeyd edib ki, Azərbaycan tərəfi təkidlə Xankəndidəki bütün “dövlət strukturları” və “qurumlar”ın ləğvi ilə bağlı elan verilməli olduğunu bildirib. Həmçinin erməni təmsilçilərin diqqətinə çatdırılıb ki, bütün “qurum”ların yerləşdiyi binalardan Azərbaycan bayrağı asılmalı, bundan sonra isə inteqrasiya prosesi başlamalıdır.

Nəşrin məlumatına görə, erməni tərəfi  Xankəndiyə girişin bir qədər gecikdirilməsini xahiş edib.  Bakının buna cavabı haqda isə məlumat verilməyib. 

Şərhlər

dadaşyev 2023-09-26 22:19:56

"Erməni tərəfi Xankəndiyə girişin bir qədər gecikdirilməsini xahiş edib".Xeyir ola,niyə gecikdirməliyik?Bəlkə Xankəndini də minalayıb aradan cırmaq fikriniz var?Ya bəlkə quldurbaşılar aradan çıxsın deyə vaxt lazımdır?Qətiyyən gecikmək ola bilməz.Otuz il gecikmişik,yetər artıq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol