Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus C.Cavadov adına Kürağzı Nərə Balıqartırma Zavodu və Şirvan Nərə Balıqartırma Zavodu ləğv olunur.
“Report” bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, bununla bağlı qərar sentyabrın 19-da qəbul olunub. Qərara əsasən, Ləğvetmə Komissiyası yaradılıb. Komissiyanın sədri Rəşad Allahverdiyevdir.
Kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, 35 ünvanına bildirə bilərlər.


Şərhlər
Azərbaycanda tutulan nərə balığının 1 kq - 100 man, Irandan gətirilən nərənin 1 kq isə - 40-50 manatdır. Kasıb camaat bunu necə alıb yesin?
Belə bir müəssisə varmış?Hətta ikisi! Bəs niyə Azərbaycan xalqı bu məhsulları satışda görmür, bəzən isə gizli yolla da qiyməti əl çatmaz edilir.Bunun sirri nədir?Məgər Azərbaycan hökuməti Azərbaycan xalqına Xəzər dənizi balığının yalnız şəklini götməyi məsləhət bilib?Bu nə anlaşımazlıqdır?Ölkədə isyehsal edilən,yetişən mallar əhali üçün əl çatan olmalı və inhisarçılıqdan çıxarılmalıdır.Dövlət bunu düşünməlidir.