Menu

Qarabağdan köçən ermənilər üçün 5 milyon avro ayrıldı

26.09.2023, 20:24
Qarabağdan köçən ermənilər üçün 5 milyon avro ayrıldı

Avropa Komissiyası Qarabağdan köçən ermənilər üçün Ermənistana 5 milyon avro verəcək.

Musavat.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu məlumat Avropa Komissiyasının açıqlamasında əksini tapıb.

Açıqlamada qeyd olunur ki, Avropa Komissiyası Qarabağdan insanların kütləvi şəkildə Ermənistana gedişini gözləyir. Buna görə də həmin şəxslərin ehtiyaclarını qarşılamaq üçün 5 milyon avro ayırır.

Qeyd edək ki, bu gün ABŞ Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri Samanta Pauer ABŞ-ın Qarabağ ermənilərinə yardım üçün Ermənistana 11,5 milyon dollar verəcəyini bildirib.

Şərhlər

B.Qarabağlı 2023-09-27 07:56:23

Məncə, dövlətimizin də Ermənistan və RFdan qeyri ölkələrə köçən erməni əsilli Azərbaycan ailələri üçün 5 milyon ABŞ dolları ayırması parallel hümanizm jesti olardı? *Biz Azərbaycana sadiq Vətəndaşlarımızı unutmayaq!*

As 2023-09-26 22:43:29

2500000 Azərbaycanlı Ermənistandan deportasiya ediləndə Avropa, ABŞ harada itmişdilər?!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol