Sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib.
Saxlanılan şəxs barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib.
***
Bu arada Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən deyib ki, Vardanyanın Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən həbs edilməsindəın xəbərsizdir.
O, qeyd edib ki, Vardanyanın Rusiya vətəndaşı olub-olmadığını bilmir və əgər Rusiya vətəndaşıdırsa, Rusiya onun hüquqlarını müdafiə edəcək.
Lakin xatırladaq ki, Vardanyan Qarabağa gəlməzdən öncə Rusiya vətəndaşlığından imtina etdiyini bəyan ertmişdi.
***
Ruben Vardanyanın Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı barədə xəbəri onun arvadı Veronika Zonabend təsdiqləyib. Erməni mətbuatı Zonabendin müraciətini yayımlayıb. Müraciətdə deyilir ki, Vardanyan "digər minlərlə erməni ilə birgə sərhədi keçmək istəyərkən" saxlanılıb.
Vardanyanın arvadı erməniləri onunla birgə ərinin azad edilməsi üçün dua etməyə çağırıb...
Qarabağa Rusiya tərəfindən göndərilmiş erməni milyarder Ruben Vardanyanın Laçın yolunda saxlanıldığı haqda məlumat yayılıb.
“AzPolitika.info” xəbər verir ki, erməni “Teleqram” kanallarının yazdığına görə, o, Qarabağdan qaçmağa çalışarkən Azərbaycanın təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb.
Xatırladaq ki, Xankəndidə ləğv olunmuş qondarma rejimin keçmiş “müdafiə naziri” David Babayan Rusiya rəsmilərinin Azərbaycandan Vardanyanın Qarabağı tərk etməsinə şərait yaratmasını xahiş etdiyini açıqlayıb.
Vardanyanın ofisindən erməni mətbuatına bildirilib ki, yaxın dəqiqələrdə erməni milyarderin arvadı Veronika Zonabend müraciətlə çıxış edib. O, daha əvvəl qeyd edib ki, Vardanyanla əlaqə itib və onun harada olduğunu bilmirlər.
Rusiyanın TASS Agentliyi də xəbəri təsdiqləyib. Agentliyin bildirdiyinə görə, Vardanyan Gorusa keçmək istəyərkən yaxalanıb.
Bir çox "Telegram" kanalları isə hətta Vardanyanın yaxalanaraq, Bakıya doğru aparıldığını bildirirlər.
Qeyd edək ki, Azərbaycan hüquq-mühafizə orqanlarının Vardanyan haqqında cinayət işi açıb-açmadığı barədə hələlik məlumat yoxdur.
“AzPolitika.info”

Şərhlər
Hurrey, Vardanyan Sərhəd buraxalış məntəqəsində tutuldu və Bakıya gətirildi. Özü də kim tutdu, Baş sərhədçimizin oğlu, bərəkallah. Sərhəd buraxalış məntəqəsində hamı quş yuxusuna (qış nəzərdə tutulub) getmişdi, hərif, mağmun, frayer, şeytana barmaq edən Vordanyan da gəlib düşür bizimkilərin qarmağına. Onun tutulmasını Euronews kanalı da yayımladı. Vardanyanın Qarabağdan çıxması 2x2-dir. Kifayətdir ki, kisəsinin ağzını açsın, onu ya Qızıl Xaç Komitəsi, ya Sülhməramlılar çıxardardılar. Çox sadə, hər şeyə inanan millətik. Özünüz şahidi olacaqsınız, ermənilər Vordanyanı Njde kimi xalq qəhrəmanı edəcəklər, Makron dayısı İlham Əliyevə minnətçi düşəcək, Bayden əmisi mesajlar göndərəcək, dədəsi Putin onun bağışlanmasını xahiş edəcək. Gedişatı izləyək, görək nələr olacaq. Bəlkə də hələ onu çıxaracaqlar ki, bu satqın sən demə Azərbaycana işləyirmiş. Nə olar izləyək.
Bu səhər Euronews kanalı 53.000 erməninin sərhədi keçmələrini elan etdi. Özüm bir neçə dəfə sərhədi keçəndə sərhədi keçənlərin sayına fikir vermişəm. O qənaətə gəlitəm ki, qısa müddət ərzində bu qədər insan sərhədi keçə bilməz. Dəqiq sayı bilmək lazımdır. Elə çıxacaq ki, həqiqətən Qarabağda 120.000 erməni yaşayırdı. Say çox olsa belə onların hansı ölkənin vətəndaşları oımasını dəqiqləşdirmək lazımdır. Bu bizə hava, su kimi lazımdır.
Vardanyan öz həyatini gorumag ücün təslim olub Əgər Garabagda galsaydi onu yerli erməni guldurlar girov götürüb pul tələb edəcəkdi yada antiterror əməliyati zaman itbat olacagdi!