Ukrayna Təhlükəsizlik Xidmətinin və Korrupsiyaya Qarşı Milli Bürosunun əməkdaşları Kiyev vilayətinin Brovarı şəhərində rayon məhkəməsinin hakiminin korrupsiyada iştirakını ifşa ediblər.
“AzPolitika.info” bu barədə «Ukrainskaya Pravda»ya istinadla xəbər verir. İstintaqın məlumatına görə, hakim məhkəmə iclasında “məsələnin düzgün həllinə” görə 4 min ABŞ dolları məbləğində rüşvət istəyib.
Hakim mülki iş üzrə tərəflərdən birinin nümayəndəsindən öz mənafeyinə uyğun qərar qəbul etdiyinə görə qanunsuz müavinət alıb.
O, əvvəllər iş üzrə sübut tələb etmək qərarına görə 1000 ABŞ dolları məbləğində qanunsuz müavinətin bir hissəsini alıb. Həmin gün borcun iddiaçının xeyrinə tutulması qərarına görə 3 min ABŞ dolları məbləğində qeyri-qanuni müavinətin ikinci hissəsini aldıqdan sonra Milli Büronun əməliyyatçıları tərəfindən “qırmızı əli ilə” ifşa edilib. Rüfət
AzPolitika.info


Şərhlər