“Qarabağ separatçılarının özlərini buraxması, “qurumlarının” fəaliyyətlərini dayandırması Azərbaycan torpaqlarında 35 illik separatçı hərəkatın sonu deməkdir”.
Bunu Qarabağda gedən son prosesləri “AzPolitika.info”ya şərhində politoloq Elxan Şahinoğlu bildirib.
O, Qarabağda separatçılığın tarixinin daha uzun olduğunu xatırladır: “Təxminən 200 il əvvəl bölgəyə köçürüldükdən sonra bizə hər zaman problem yaratdılar, qətliamlar törətdilər, müharibələr oldu. Beləliklə 200 illik bəladan qurtulduq. Bu xalqımızın və dövlətimizin ən böyük naliyyətlərindən biri sayıla bilər. Bundan sonra quruculuq işlərini sürətləndirə bilərik. Əldə etdiyimiz uğura baxmayaraq, meşələrdə gizlənmək istəyən separatçılar ola bilər. Əgər belələri olarsa onları da məhv etməliyik”.
Politoloq qeyd edir ki, Qarabağda separatçı ocağın söndürülməsi Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalamaq imkanlarını artırır.
“Qarabağ Ermənistan üçün siyasi, iqtisadi və hərbi yük idi. Bu yükdən qurtuldular. Əgər Baş nazir Nikol Paşinyanın məntiqi varsa ilin sonuna qədər Azərbaycanla sülh sazişi imzalayar. Doğrudur, bu halda erməni lobbisi və yerli radikallar ona mane olmağa çalışacaq. Ancaq Paşinyan hələ də cəmiyyətinin bir hissəsinin dəstəyinə malikdir. Bu dəstək onun devrilməsinin qarşısını alır. Bu Paşinyana imkan verir ki, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması siyasətinə üstünlük versin”, - politoloq bildirib.
“AzPoltika.info”

Şərhlər
Lütfen olmayan qrumun özünü buraxmasından bunca yazıb arxivləşdirməyin Gələcəkdə ermənilər deyəcəklər Azərbaycanın Qarabağında bizim "arçax" adlı bir dövlətimiz olub. Kəndinizə gəlin, gələcəyə baxın.Onsuz da onlar getdikleri yerde torpağa ne qeder partamamış bomba, yəni xaç basdırıblar hələ bilmirik. Heç olmasa görünəni isə etmeyin.
Bəli, böyük silahsız Azərbaycan ilinin Azadlıq hərəkatına qarşı Çarlıq 1796cı ildə İrandan şimala xaçla köçən *grikori*an sektasına Eçmiadzinə oturum verəndə hazırlaşmışdı? 2ci dözülməz halda Nuru paşa yetişdi və Çar Hərbisi bu dəfə silah hüququ ilə azmış erməniləri 1917-1918ci illərdə İrəvan uyezdinə (xanlığına) toplayıb, əlahiddə respublika elan etdirdi? O zaman yerli türk-azərilər 83% idi!?
Üzərimizdə olan bu 100 illik ləkə və çirkabı şəhidlərimiz öz qanları və canları ilə təmizlədi Alah onların yerini behiştlik etsin.
Mənə elə gəlir ki eyforiyadan çıxmaq və ehtiyyatlı olmaq lazımdır.Ətrafımızda və içimizdə düşmənlər hələ oyaqdır.
Doğru yanaşma hesab edirəm. Həm də bu o anlama gəlir ki, düzgün və ağıllı siyasət qura və apara bilən lider (rəhbər) seçmək üçün xalq olaraq bizə 200 ilə yaxın zaman lazım oldu.