Sentyabrın 28-nə keçən gecə Ukrayna səmasında görünən 44 ədəd «Shahed» dronundan 34-ü məhv edilib.
"AzPolitika.info" «Ukrainskaya pravda»ya istinadla xəbər verir ki, bu barədə Ukrayna HHQ-dən açıqlanıb.
"2023-cü il sentyabrın 28-nə keçən gecə rus işğalçıları cənub-şərq istiqamətindən 44 "Şahed-136/131" PUA-sı ilə hücuma keçdilər.
Hərbi Hava Qüvvələrinin qüvvə və vasitələri müdafiə qüvvələrinin hava hücumundan müdafiəsi ilə əməkdaşlıq edərək, onların 34-nü məhv edib" - deyə, bildirilir.
Qeyd olunur ki, hücumun dəf edilməsinə qırıcı təyyarələr, zenit-raket bölmələri və mobil atəş qrupları cəlb edilib.
Bundan başqa, ötən gün, sentyabrın 27-də Rusiyaya aid 6 ədəd əməliyyat-taktiki səviyyəli kəşfiyyat aparatı (Orlan, Zala, Superkam) məhv edilib.
Rüfət"AzPolitika.info"


Şərhlər