Menu

“Ermənilər dinc birgəyaşayışın alternativsiz tək yol olduğunu dərk etməlidirlər” - Ekspert

28.09.2023, 13:11
“Ermənilər dinc birgəyaşayışın alternativsiz tək yol olduğunu dərk etməlidirlər” - Ekspert

“Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biri qapanmaq üzrədir. Qanunsuz “respublika” 32 il əvvəl sentyabr ayında elan olunmuşdu. Yenə bir sentyabr ayında ömrünü tamamladı”.

“AzPolitika.info” xəbər verirki, siyasi təhlilçi Şahin Cəfərli Qarabağdakı qondarma rejimin süqutunu şərh edərkən bildirirb. Ekspert qeyd edir ki, ermənilər ötən müddətdə həm bizi, həm də özlərini böyük bəlalara düçar etdilər. “İndi papaqlarını qarşılarına qoyub, "biz nə etdik və bundan sonra nə etməliyik" deyə soyuq başla öz mühakimələrini aparmalıdırlar. Bu balaca regionda qonşusundan oğurluq etmək, onu arxadan vurub, torpağını qoparmaq kimi axmaq və alçaq əməllərdən birdəflik imtina edib, dinc birgəyaşayışın alternativsiz tək yol olduğunu dərk etməlidirlər”, - təhlilçi əlavə edib.

Onun sözlərinə görə, Azərbaycan mütəfəkkirlərinin hələ Avropada inteqrativ proseslərin başlamadığı, əksinə, qitənin 1-ci dünya müharibəsindən 2-ciyə doğru addımladığı bir dövrdə irəli sürdükləri dahiyanə "Qafqaz Evi" ideyası bölgədə azərbaycanlılar, gürcülər və ermənilərin sülh və əməkdaşlıq şəraitində yaşamının təməlini təşkil edə bilər:

“Bölgədə düşmənçiliklər bitməli, inkişaf mərhələsinə qədəm qoyulmalıdır. Üç xalq olaraq Qafqaz Evi çərçivəsində bir əməkdaşlıq nümunəsi ortaya qoya bilsək, gələcəkdə bərabər Avropa Birliyinə də qəbul olunmağımız fantastik ehtimal kimi görünmür. (Yaxın həftələrdə Gürcüstana namizəd ölkə statusunun veriləcəyi gözlənilir.) Təbii ki, AB-yə qəbul mütləq şərt deyil, olmasa da olar.

Üzeyir Hacıbəyli hələ 1906-cı ildə yazırdı:

"...Biz hamımız Qafqaz balalarıyıq. Din, millət ayrılığı bizim ittifaqımıza sədd olmasın gərək. Əks surətdə heç bir işimiz düz gətirməz. Taleyimiz nifaq və ədavət üçün bizi bir-birimizə uğratmayıbdır... Biz hamımız Qafqaz balalarıyıq. Birimizin səadət və xoşbəxtliyi hamımızın səadət və xoşbəxtliyinə bağlıdır. Bundan belə biz, qafqazlılar, bunu özümüzə rəhbər edib, buna müvafiq iş görməliyik..."

Ş.Cəfərli vurğulayır ki, ermənilər şizofrenik xəyallardan tam və qəti şəkildə imtina edərək Üzeyir bəyin təsvir etdiyi düstur əsasında qonşuları ilə mehriban yaşamağı öyrənməlidirlər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol