Fransa Senatının üzvü Natali Qule Milli Məclisin üzvü Vüqar Bayramovun “X” sosial şəbəkəsindəki paylaşımına şərh yazıb.
“AzPolitika.info” xəbər verir ki, millət vəkili postunda Qarabağın işğal dövründən bəhs edib:
“1993-cü ildə kəndimiz Ermənistan tərəfindən işğal ediləndə mənim 18 yaşım var idi. Kiçik qardaşlarım və mən Bakının Dərnəgül qəsəbəsində yerləşən bu yataqxanaya sığındıq. Təkcə kəndimiz və Füzuli deyil, Qarabağda yerləşən 7 rayon 30 illik erməni işğalı zamanı tamamilə dağıdılıb xarabalığa çevrildi. 1989-1993-cü illərdə 1 milyona yaxın Azərbaycanlı etnik təmizləməyə məruz qalıb. Biz indi geri dönürük: tamamilə dağılmış kəndlərin və şəhərlərin yenidən qurulması və inkişafı üçün”.
Fransalı sentaor isə qeydində yazıb: “Mən o yeri tanıyıram. Vətənə xoş gəldiniz, Qarabağ Azərbaycandır!”

“AzPolitika.info”


Şərhlər