NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, bu gün Ukrayna Alyansa üzv olmağa heç vaxt olmadığı kimi yaxındır.
“AzPolitika.info” UNİAN-a istinadla xəbər verir ki, Kiyevdə Prezident Volodimir Zelenski ilə keçirdiyi birgə brifinqdə o, Ukraynanın gələcəyinin NATO-da olduğunu vurğulayıb.
Stoltenberq qeyd edib ki, beynəlxalq arenada Ukraynaya dəstək artmaqda davam edir, Rusiya Federasiyasının hərəkətlərinə dəstək isə azalır. Onun sözlərinə görə, ukraynalılar öz ailələri və gələcəyi üçün, Moskva isə imperiya illüziyaları uğrunda mübarizə aparır.
"İyulda Vilnüs sammitindən sonra biz hamımız Ukraynanın NATO-ya qoşulması ilə bağlı razılığa gəldik. Bunu reallaşdırmaq üçün üç tarixi qərar qəbul olundu. Birinci həll yolu üzvlük fəaliyyət planının həyata keçirilməsi tələbini aradan qaldırmaqla Ukraynanın NATO-ya gedən yolunu qısaltmaqdır. İkincisi, Ukrayna silahlı qüvvələrinin NATO üzvü olan ölkələrin orduları ilə tam uyğunlaşacağı proqram üzrə razılaşmadır. Üçüncüsü, NATO ilə Ukrayna arasında siyasi əlaqələrin görünməmiş səviyyədə gücləndirilməsi. Söhbət Ukrayna-NATO komissiyasının yaradılmasından gedir”, - deyə baş katib aydınlaşdırıb.
Rüfət
AzPolitika.info


Şərhlər
A bala,a Zelenski,vallah-billah aldadırlar sizi.Qızışdırırlar.Olsa-olsa,"torpaqlarınızın itirilməsiylə barışsanız,qəbul edərik" deyəcəklər.Siz də qəbul etdikdən sonra Rusiya ilə öz aralarını düzəldəcəklər,sizi isə qəbul etməyib ildən-ilə vəd verəcəklər.İt də gedəcək,ip də.