Menu

Ukrayna Rusiyanın diversiya qrupunu əsir götürdü – VİDEO

28.09.2023, 17:11
Ukrayna Rusiyanın diversiya qrupunu əsir götürdü – VİDEO

Ukrayna Silahlı Qüvvələri Zaporojye istiqamətində Rusiyaya aid 10 nəfərə yaxın üzvü olan diversiya-kəşfiyyat qrupunu əsir götürüb.

“AzPolitika.info” xəbər verir ki, Ukrayna mətbuatı qrup üzvlərinin Ukrayna ordusuna aid geyimdə olduğunu yazır.

Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak isə qrupun əsir götürülməsinə dair videogörüntüləri özünün “Telegram” kanalında yayımlayıb. Xəbərdə deyilir ki, əməliyyat 128-ci briqadanın döyüşçüləri və hərbi kəşfiyyat tərəfindən hazırlanıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol