Rusiya Novaya Zemlya arxiprelağında nüvə silahı partlatmalıdır ki, Qərb onun təhlükəsizlik məsələsində qətiyyətini görsün.
“AzPolitika.info” xəbər verir ki, bunu “Kurçatov institutu” araşdırma mərkəzinin rəhbəri və Vladimir Putinin ən yaxın dostlarından biri sayılan Mixail Kovalçuk “RİA-Novosti”-yə açıqlamasında bildirib.
Ukraynaya qarşı işğalçılıq müharibəsinin ideoloqlarından və Putinin yaxın məsləhətçilərindən biri kimi tanınan Kovalçuk bildirib ki, Rusiya sözügedən ərazidə nüvə bombası partlatasa, Qərb geri çəkilməli olacaq: “Novaya Zemlyada nüvə sınağı keçirmək kifayətdir... Heç olmasa bircə dəfə. Bundan sonra hər şey öz yerini alacaq”.
Xatırladaq ki, 200-ə yaxın kiçik adadan ibarət olan Novaya Zemlya arxipelağı Rusiyanın ərazisidir və Arxangelsk vilayətinə aiddir. Onu da qeyd edək ki, Mixail Kovalçukun qardaşı Yuri Kovalçuk “Bank Rossiya”-nın ən iri səhmdarıdır və Putinin ən yaxın adamı sayılır.
“AzPolitika.info”


Şərhlər