“Azərbaycan Qarabağ ərazisində dövlətə qarşı müxtəlif ağır cinayətlərdə ittiham olunan bir neçə yüz şəxsi həbs etmək istəyir”.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “Röyter” agentliyi mötəbər mənbələrə istinadla məlumat verib.
“Hüquq-mühafizə orqanlarının əlində bu şəxsləri siyahısı var” - deyə, agentlik yazıb.
Qeyd edək ki, Azərbaycanın Baş Prokurorluğu tərəfindən dövlətə qarşı ağır cinayətlər törətmiş separatçı rejimin rəhbərlərinə qarşı cinayət işi qaldırılıb.
İki gün əvvəl ağır cinayətlərdə ittiham olunan milyarder Ruben Vardanyan sərhəddə saxlanılaraq Bakıya gətirilib. Onun barəsində Cinayət Məcəlləsinin 3 maddəsi ilə cinayət işi açılıb, məhkəmə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.
Rasim
“AzPolitika.info”


Şərhlər