Menu

“Hərbinin Pakistan siyasətinə təsiri davam edəcək” – Müvəqqəti Baş nazir

29.09.2023, 19:30
“Hərbinin Pakistan siyasətinə təsiri davam edəcək” – Müvəqqəti Baş nazir

Pakistanda ordunun qaçılmaz rolunu vurğulayan müvəqqəti Baş nazir Ənvaarul Haq Kakar etiraf edib ki, dövlət çevrilişinə meylli ölkədə vətəndaş cəmiyyəti institutları gücləndirilmədiyi təqdirdə, ordu ölkə siyasətdəki yerini davam etdirəcək.

Ə.H.Kakar bunu TRT World xəbər kanalına Pakistan ordusunun siyasətdəki əsas rolundan danışarkən deyib.

Müvəqqəti Baş nazir bildirib ki, 75 ildən çox mövcudluğunun yarısından çoxunu çevrilişə meylli Pakistanı idarə edən güclü ordu indiyədək təhlükəsizlik və xarici siyasət məsələlərində kifayət qədər gücə malik olub.

Müxbir intizamlı hərbçilərin yaxın gələcəkdə Pakistan siyasətində qalmağa davam edib-etməyəcəyini soruşduqda, Kakar "Praqmatik, realist və dürüst... müsbət, bəli" cavabını verib.

Mülki-hərbi münasibətlər və onun balanssızlığından danışan Kakar, “mən şəxsən buna sırf hökumət strukturu kimi baxıram. Pakistan siyasətçiləri, bütün siyasi rəhbərliyi bu hərbi qurumla öz spesifik maraqları üçün nikah ittifaqı bağlayıb. Və onlar hakimiyyətdən kənarlaşdıqdan sonra, tənqid etmək və idarəçilik baxımından öz uğursuzluqlarının məsuliyyətini dəyişdirmək və bu uğursuzluğun səbəbini mülki və hərbi münasibətlər arasında balanssızlıq kimi təyin etmək onların sevimli mantralarından biridir” deyib.

Kakar təəssüflə qeyd edib ki, onların vəziyyətində hökumətin və ya dövlətin göstərişi ilə xidmət göstərməkdən məsul olan mülki qurumlar son üç-dörd onillikdə olduqca zəif işləyir. İstər səhiyyə, istər də təhsil xidmətlərində, istər təbii fəlakətlərlə mübarizə olsun, istərsə də vergi gəlirlərinin toplanması olsun, zəif idarəetmə problemi yarandıqda, təşkilati potensialı olan yeganə qurum hərbidir. Əlavə edib ki, əgər kimsə həqiqətən ordunun dövlət strukturunun işlərinə qarışmamasında maraqlıdırsa, o zaman bu mülki qurumların imkanları artırılmalıdır.

Kakar deyib ki, hökumətinin vəzifələrini müvəqqəti yerinə yetirsə belə, heç kəsin, istər ABŞ, istərsə də başqa bir güc olsun, onların daxili işlərinə qarışmamasını təmin edib: "Biz suveren ölkəyik, suveren millətik. Biz hər şeyi öz maraqlarımıza uyğun edirik. Bu, İmran Xanın hökumətini devirmək üçün yaxşı və ya pis bir qərar idi, amma bildiyimiz tək şey son illər ərzində onun konstitusiya ilə devrilməsinin yeganə yolu və vaxtı bu idi. Heç bir hərbi çevriliş olmayıb. Bütün bunlar konstitusiyaya və qanuna uyğun idi”.

L.SƏMLA

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol